Sabiq prezidentə 190 il həbs istənildi – Fırıldaqçılığa görə…

Media
16:39 / 27.04.2022
1174
Myanmanın devrilmiş lideri Aunq San Suu Kyi korrupsiya ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az xəbər verir ki, 1 fevral 2021-ci il çevrilişindən sonra idarəetmədə hərbçilərin üstünlük təşkil etdiyi ölkədə bağlı qapılar arxasında baxılan məsələdə hakim keçmiş lideri 11 korrupsiya işində təqsirli bilib.
Korrupsiya ittihamlarının mərkəzində Suu Kyi-nin Yanqon şəhərinin keçmiş baş naziri Phyo Min Theindən 11.4 kiloqram qızıl və ümumilikdə 600 min dollar nağd pul alması iddiası dayanıb. Suu Kyi bu iddiaları "absurd” adlandırıb.
Devrilmiş rəhbərin tərəfdarları məhkəmə qərarını tanımadıqlarını bildirərək, hərbi idarəçiliyin qısa zamanda sona çatacağı və qərarın müvəqqəti xarakter daşıması fikrini bildiriblər.
Çevrilişlə devrilməmişdən əvvəl beş il prezident postunda olmuş Nobel Sülh Mükafatı laureatı Suu Kyi haqqında ən azı 18 ittihamı var və ümumilikdə onu 190 il həbs cəzası gözləyir. Suu Kyinin tərəfdarları isə bu ittihamların keçmiş liderin siyasətə qayıtmasının qarşısını almaq məqsədi daşıdığını bildirirlər.
Əzizə Zeynal
Sfera.az