Putinin iki aya çökən ordusu nə zaman yenilənəcək? – Qərb mediasından PROQNOZ

Media
16:32 / 27.04.2022
1438
Rusiyanın silah və hərbi texnikasının dəyişdirilməsinə illər lazım olacaq.
Sfera.az bildirir ki, bu barədə Britaniyanın "The Times” qəzeti məlumat dərc edib. Rus ordusunun cəmi iki ayda 500-dən çox tank və 1500-dən çox zirehli texnika itirdiyini bildirən qəzet, Kiyev ətrafında məğlubiyyətdən sonra Vladimir Putinin anbarlarındakı raketlərin 70 faizini istifadə etdiyini vurğulayıb.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Cancian xatırladıb ki, Rusiya ötən illərdə hər il təxminən 250 tank və 150 təyyarə istehsal edib. Ekspert, Kremlin istehsalı üçün uzun illər lazım olan raketlərdən artıq istifadə etdiyini deyib:
"Ukraynada işğal bitdikdən sonra Rusiyanın itirdiyi və istifadə etdiyi silahları yenisi ilə əvəz etməsi və yeni silah hazırlaması üçün illər lazım olacaq”.
Qeyd edək ki, Ukrayna ordusunun son məlumatına görə, müharibədə 22 min 400 rus əsgəri öldürülüb. 185 döyüş təyyarəsi və 155 helikopterin vurulduğunu bildirən Kiyev rəhbərliyi məhv edilən tankların sayını 939 olaraq təqdim edib. Bildirilib ki, Rusiyanın itirdiyi zirehli texnikanın sayı 4000-dən çoxdur.
Günay Rəsulqızı
Sfera.az