ABŞ bu rus zabitlərin tapılmasına görə mükafat vəd etdi: 10 milyon dollar…

Media
15:18 / 27.04.2022
1665
ABŞ Dövlət Departamenti Rusiya hərbi kəşfiyyatının 6 zabiti haqqında məlumat verən şəxsə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, sözügedən zabitlər ölkədəki kritik infrastrukturlara kiberhücumlar ediblər.
Bəyanatda bu zabitlərin Rusiya hökumətinin göstərişi və ya nəzarəti altında fəaliyyət göstərdiyi bildirilib və aşağıdakılar qeyd edilib:
"Yuriy Sergeyeviç Andrienko, Sergey Vladimiroviç Detistov, Pavel Valeryeviç Frolov, Anatoliy Sergeyeviç Kovalev, Artem Valeryeviç Oçiçenko və Petr Nikolayeviç Rusiyanın strateji maraqlarının qurbanı kimi təxribatçı, zərərli proqram təminatı yayan və təxribat törədən sui-qəsdin bir hissəsidirlər”.
Bu qrupun kiberhücumlarının ABŞ təşkilatlarına təxminən 1 milyard dollar ziyan vurduğu ifadə edilib.
Əzizə Zeynal
Sfera.az