İlon Mask qərar verdi: "Twitter"də milyonlarla hesab silinəcək

İlon Mask qərar verdi:
"SpaceX" və "Tesla CEO"su  İlon Maskın "Twitter”i satın almasından sonra şirkət işçilərinin daxili yazışmaları mətbuata sızıb.
 
Sfera.az bildirir ki, Maskın satınalma prosesi başa çatana qədər əməkdaşlara 6 aylıq iş zəmanəti verildiyi bəlli olub. "”Twitter”də artıq autentifikasiya olacaq. Anonim hesablar istəmirəm” deyən iş adamının nəzarəti ələ keçirdikdən sonra ilk olaraq bütün saxta hesabları siləcəyi gözlənilir. "Bot” hesablarının silinməsi o deməkdir ki, bir çox məşhur adlar milyonlarla izləyicisini itirəcək.

Məlumata görə, İlon sosial şəbəkədə reklamı silmək və "Blue” adı altında ödənişli premium üzvlük yaratmağı hədəfləyir. Üzvlük ödənişinin kriptovalyuta "Dodgecoin” ilə edilə biləcəyi bildirilib. Mask, həmçinin platformaya inamı artırmaq üçün "Twitter” alqoritmini yenidən işləməyi planlaşdırır.

Digər tərəfdən, iş adamının "”Twitter”də hər fikir üçün yer var” açıqlaması sabiq ABŞ prezidenti Donald Trampın hesabının yenidən açılacağı ilə bağlı iddialara səbəb olub. Tramp isə platformaya qayıtmaq fikrində olmadığını, 7 gün ərzində qurduğu proqram olan "Truth Social”dakı hesabından istifadə etməyə başlayacağını deyib.

Günay Rəsulqızı
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...