70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? - TƏFƏRRÜAT

70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? - TƏFƏRRÜAT
Ötən gün Salyanda 70 yaşlı kişinin keçmiş kürəkənini öldürməsinin bəzi təfərrüatları məlum olub.

Sfera.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Faiq Məlikov, gecə saatlarında uşaqlarını görmək adıyla rayonun Qarabağlı kəndində yaşayan keçmiş qayınatası Məlikağa Əliyevin evinə gəlib.

Bu zaman yatılı vəziyyətdə olan Məlikağa Əliyev evdə tək olub. Keçmiş qayınatasına hücum edən Faiq Məlikovla 70 yaşlı kişi arasında əlbayaxa dava baş verib. Davanın davamında isə ev sahibi qızının keçmiş ərinə 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirib.

Məlumata görə, yaşlı kişi hadisə barədə əvvəlcə ailə üzvlərinə, daha sonra polisə məlumatı verib.

Qeyd edək ki, hadisə nəticəsində ölən rayonun Kərimbəyli kənd sakini Faiq Məlikov, həyat yoldaşı Rəvanə Əliyeva ilə ötən ilin noyabrında ayrılıblar. Onların iki övladı olub. Faiq Məlikov kənddə şadlıq evində aşpaz işləyirmiş. (qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...