Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi - VİDEO
Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə unikal film hazırlanıb.
Teleqraf.com xəbər verir ki, film "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında
Qafqaz Tarixi Mərkəzi ilə ATV telekanalın birgə istehsalıdır. Filmdə Rusiya və erməni siyasətçilərinin
, alimlərin fikirləri, həmçinin ilk dəfə Rusiyanın, Türkiyənin və Gürcüstanın arxivlərindən Azərbaycanın
tarixi ilə bağlı nadir sənədlər geniş tamaşaçı kütləsi üçün təqdim edilib. Film Qafqazın tarixiylə və
Azərbaycan-Ermənistan münaqişəsinin səbəbləriylə maraqlanan tamaşaçılar üçün yaxşı maddi dərslik olacaq.
Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovdur. Filmin elmi məsləhətçisi isə
"AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru,
UNESCO kafedrası şöbəsinin dosenti, tarixçi Rizvan Hüseynovdur.