Operativ Qərargah məlumat yaydı - Pandemiya ilə bağlı VƏZİYYƏT...
19:32 / 26.04.2022
2558
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.
Ölkədə son sutka ərzində 4 132, hazırkı dövrədək isə 6 801 484 test aparılıb.