İmtahanlar DİM-dən alınıb Təhsil Nazirliyinə verilir? – AÇIQLAMA

İmtahanlar DİM-dən alınıb Təhsil Nazirliyinə verilir? – AÇIQLAMA
Bir neçə gün öncə professor Şahlar Əsgərov imtahanların Dövlət İmtahan Mərkəzindən alınıb Təhsil Nazirliyinin öhdəliyinə verilməsini təklif edib. O, bunu təhsil sahəsində tətbiq edilən imtahan prosesində köklü dəyişikliyə ehtiyac olması ilə əsaslandırıb.
 
Maraqlıdır, imtahanların təşkili adıçəkilən nazirliyə tapşırıla bilərmi? Bununla imtahanlarla bağlı mənfi halların aradan qaldırılması mümkündür?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil məsələləri üzrə ekpsert Ramal Şəmşədli buraxılış imtahanlarının kim tərəfindən təşkil edilməsinin bir o qədər də əhəmiyyətli olmadığını deyib:

"İmtahanların təşkilinin Təhsil Nazirliyinə verilməsinin, yaxud da DİM-in imtahanları təşkil etməsinin gənclər, təhsil sektoru üçün əhəmiyyəti yoxdur. İmtahanlar hansı səbəblə Təhsil Nazirliyinə verilməlidir? Nazirliyin yaxşı təklifi varsa, hansı səbəbdən indiyədək DİM-lə birgə işləməyiblər? Yaxud da indiyədək olan problemlər birgə həll edilmədiyi halda, belə bir təklifin irəli sürülüməsi də qəribədir. Bu zaman belə nəticə ortaya çıxa bilər ki, Təhsil nazirliyi və DİM bir-birinə zidd qaydada çalışır”. 

Ekspert abituriyentlər üçün əsas məsələnin növbəti il təşkil olunacaq yeni növ imtahanlarda tətbiq ediləcək sualların çətinlik indeksi olduğunu deyib:

"Ümumrespublika üzrə keçirilən buraxılış imtahanında cəmi 2 şagirdin 300 bal toplaması acıqnacaqlıdır. Təhsil Nazirliyi və DİM bu problemin nədən qaynaqlandığını araşdırmalıdır, çıxış yolu təqdim edilməlidir. Əsas məsələ imtahanların hansı şəkildə təşkil edilməsidir. Əgər bu gün bizim şagirdlərimiz imtahanlardan, dərslərdən əziyyət çəkirsə, hər iki qurum bir araya gəlib müzakirə aparmalıdır, qarşı-qarşıya gəlmək lazım deyil. Mən düşünürəm ki, bu səbəblə imtahanları hansı qurumun təşkil etməsininin önəmi yoxdur. Şagirdlər üçün əsas məsələ imtahanlarda hansısa güzəştlərin olması və yeni imtahan növlərində hansı yeniliklərin tətbiq olunmasıdır”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İdman müəllimi döyüldü: 4 nəfər saxlanıldı

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.   Sfera.az xəbər verir ki, azyaşlı şa...

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq - Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhi...

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadın...

Süni intellekt bəzi xəstəlikləri sağaltmağa kömək edə bilər

Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X...

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlum...

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir k...