Rüstəm Cəbrayılov iş axtarır: "Nə kino çəkilir, nə də reklam, aylıq maaşın yoxdursa..."

Rüstəm Cəbrayılov iş axtarır:
"Aylıq maaşı olanları çıxmaq şərtilə, elə bil digərləri üçün həyat dayanıb”.

Sfera.az bildirir ki, bunu tanınmış model, aktyor Rüstəm Cəbrayılov deyib. Onun sözlərinə görə, dekabr ayından bu yana, demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam:

"Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi. Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq? Mədəniyyət nazirliyinə də yazmışam, kiçik bir qığılcım belə yoxdu. Teatra işə girmək çox çətindir. Bacarmırsınız, çəkilin qırağa ya da bacaranlara şərait yaradın bir iş görək, ömürdən gedir axı. Bu qədər lağlağa olar?”.

Model ömrünü bu sahəyə adadığını, amma digər ölkələrdən fərqli olaraq, Azərbaycanda vəziyyətin hələ də düzəlmədiyini əlavə edib:

"İndi 35 yaşım var, maraqlıdır, hansı dövlət qurumu məni işə qəbul edər? Onu bilirəm ki, nifrətim hər keçən gün güclənir. "Vətənə niyə qayıtdın?” deyənlərə isə - şəxsi məsələ idi, məcbur olduğuma görə qayıtdım”.


Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...