Deputat məktəblilərlə bağlı təklifinə görə onu söyənlərə CAVAB VERDİ

Media
12:55 / 26.04.2022
1765
"Diqqət yetirirəm bəzi profillərə, bunlar təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər. Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar”.
Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa ötən günlərdə səsləndirdiyi və sosial şəbəkələrdə ciddi tənqid edilən, "Qızlar üçün oğlanlardan ayrı məktəb açılmalıdır” fikri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, insanlar bu təkliflə razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq buna görə təhqir yazırlar:
"Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır. İnanın ki, elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın. Yəni bölgünü varlı-kasıb üzərindən aparsanız, yanlış nəticəyə vararsınız. İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da cömərdliyini üzə çıxaracaq mühit olmur”.
Millət vəkili cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalmasının vacib olduğunu əlavə edib: "Bu, milli auramızı hədsiz toz-tozanaqlı göstərir”.
Türkan
Sfera.az