Trampdan gözlənilməz açıqlama: “Onu barmağında oynadır, kraliça olsaydım…”

Media
17:31 / 25.04.2022
995
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp şahzadə Harri və Meqan Marklı tənqid edib.
Sfera.az xəbər verir ki, Tramp Piers Morqana verdiyi müsahibədə Susseks hersoginyasını bəyənmədiyini bildirib. Meqan Marklın Harrini "barmağında oynatdığını" iddia edən 75 yaşlı Tramp bunun Susseks hersoqu üçün utancverici olduğunu söyləyib.
"Mən bilmək istəyirəm ki, Harri Marklın ona rəhbərlik etməkdən yorulduğuna qərar verdikdə və ya Markl başqa oğlanı daha çox bəyənəndə nə baş verəcək. Maraqla gözləyirəm. Bu münasibət gec-tez pis bir şəkildə bitəcək”, - deyib.
Tramp, həmçinin Harrinin keçən il vəfat edən babası Şahzadə Filipin mart ayında keçirilən anım mərasiminə qatılmamasını "dəhşətli” adlandırıb.
ABŞ-ın keçmiş Prezidenti "Kraliça olsaydınız, cütlüyün kral titulunu alardınız?" sualına "alardım” cavabını verib. Şahzadə Harrinin Böyük Britaniyaya qarşı çox hörmətsizlik etdiyini iddia edən Tramp hersoqu "kukla” adlandırıb.
Əzizə Zeynal