Elm adamları superbakteriya ilə bağlı həyəcan təbili çaldı: Ferma heyvanlarından keçir

Elm adamları superbakteriya ilə bağlı həyəcan təbili çaldı: Ferma heyvanlarından keçir
Elm adamları həyəcan təbili çalıb.
 
Sfera.az bildirir ki, tədqiqatçılar superbakteriyaların təhlükəli ştamının donuzlardan insanlara keçə biləcəyinə dair sübut tapıblar. Yeni kəşf fermalarda antibiotiklərdən çox istifadənin davamlı mikrobların yayılmasına səbəb olacağı ilə bağlı narahatlıq doğurub.
 
Danimarkadakı Statens Serum İnstitutundan Soren Persson, Kopenhagen Universitetindən Semeh Bejaoui və Dorte Freesin rəhbərlik etdiyi araşdırma latın adı "Clostridioides difficile” olan superbakteriyaya yönəldilib. Bejaouinin rəhbərlik etdiyi qrup ferma heyvanlarında "C. Difficile” xəstəliyinin yayılmasını araşdırıb. Donuzlar üzərində işləyən komanda Danimarkadakı xəstəxanalardan klinik nümunələr toplayıb və bakteriyanın insanlara keçib-keçmədiyini öyrənmək üçün onların məlumatlarını müqayisə edib. 

"Tədqiqatımız göstərir ki, "C difficile” heyvanlar və insanlar arasında mübadilə edilə bilən antimikrob müqavimət genləri üçün bir anbar rolunu oynayır. Bu həyəcan verici kəşf antibiotik müqavimətinin əvvəllər düşünüldüyündən daha geniş yayıla biləcəyini göstərir və mal-qaradan insanlara keçə biləcəyini təsdiqləyir. Tədqiqatımızın aydınlaşdırdığı şey budur ki, antibiotiklərin istifadə edildiyi təsərrüfatlar davamlı ştamların inkişafına səbəb olan şərait yaradır", - deyə mütəxəssis bildirib.

Komanda öz nəticələrini Lissabonda Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində təqdim edəcək.
Qeyd edək ki, sözügedən bakteriya inkişaf etmiş ölkələrdə antibiotiklərə qarşı müqavimət göstərən ən böyük təhlükələrdən biri hesab olunur. Bu bakteriya 2017-ci ildə ABŞ-da təxminən 223,900 infeksiyaya və 12,800 ölümə səbəb olub, səhiyyə sisteminə 1 milyard dollardan çox ziyan vurub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdman müəllimi döyüldü: 4 nəfər saxlanıldı

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.   Sfera.az xəbər verir ki, azyaşlı şa...

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq - Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhi...

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadın...

Süni intellekt bəzi xəstəlikləri sağaltmağa kömək edə bilər

Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X...

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlum...

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir k...