Qlobal hərbi xərclərdə rekord - İlk dəfə 2 trilyon dolları keçdi...

Qlobal hərbi xərclərdə rekord - İlk dəfə 2 trilyon dolları keçdi...
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı yeni hesabata görə, 2021-ci ildə hərbi xərclər bir il əvvəllə müqayisədə 0,7 faiz artaraq təxminən 2 trilyon 113 milyard dollara çatıb. 
 
Sfera.az xəbər verir ki, SIPRI eksperti Dieqo Lopes da Silva bu xərclərin indiyədək ən yüksək hədd olduğunu bildirib.

Rusiyanın hərbi xərclərinin əvvəlki ilə nisbətən 2,9 faiz artaraq 65,9 milyard dollara çatdığı da məlumatda qeyd olunub. Müdafiə xərcləri Rusiyanın ümumi daxili məhsulunun 4,1 faizini təşkil edib. Dieqo Lopes da Silva bildirib ki, bu göstərici dünya üzrə orta göstəricidən olduqca yüksəkdir. 

Ekspert Rusiyanın hərbi xərclərinin 2021-ci ilin sonlarına doğru artdığını deyib və bu ifadələrdən istifadə edib:

"Bu, Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsi zamanı baş verib və fevralda Ukraynaya müdaxilədən əvvəl də olub”. 

Lopes da Silvanın sözlərinə görə, Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə Rusiyanın hərbi xərclərini eyni səviyyədə saxlamaq çətin görünür. Hesabatda 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukraynanın hərbi xərclərini 72 faiz artırdığı da bildirilib. 
Lakin Ukraynanın hərbi xərcləri 2021-ci ildə 8 faizdən çox azalaraq 5.6 milyard dollara düşüb. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun 3.2 faizini təşkil edir. 

Almaniyanın 2021-ci ildə hərbi xərcləri onun ümumi daxili məhsulunun 1.3 faizini təşkil edib. SIPRI-nin məlumatına görə, Almaniyanın xərcləri inflyasiya səbəbindən əvvəlki illə müqayisədə 1.4 faiz azalaraq 51.8 milyard dollar təşkil edib. Almaniya Avropada hərbi xərclərə görə üçüncü, dünyada isə yeddinci yerdədir. Almaniyanın hərbi xərcləri son on ildə 24 faiz artıb. Qlobal miqyasda ümumi hərbi xərclər bir il əvvəllə müqayisədə 0,7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb. 

NATO ölkələri ümumi olaraq hərbi xərclərini artırıblar. Alyansın səkkiz ölkəsində hərbi xərclər onların ümumi daxili məhsulunun 2 faizini ötüb. Lopes da Silva Ukrayna müharibəsi səbəbindən Avropada hərbi xərclərin artmağa davam edəcəyini proqnozlaşdırıb. 

Qeyd edək ki, ABŞ 801 milyard dollarlıq hərbi xərclə birinci yerdədir. İkinci yerdə 293 milyard dollarla Çin qərarlaşıb. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq - Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhi...

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadın...

Süni intellekt bəzi xəstəlikləri sağaltmağa kömək edə bilər

Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X...

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlum...

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir k...

Dünya düzəninin transformasiyası rəvan olmayacaq - Ülvi Quliyev

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Xll Qlobal Bakı Forumu martın 13-də işə başlayıb. Forumda d...