Rusiya MN bu ərazidə atəşkəs elan etdi

Rusiya MN bu ərazidə atəşkəs elan etdi
Rusiya Müdafiə Nazirliyi Mariupoldakı Azovstal polad zavodu ətrafında atəşkəs elan etdiyini açıqlayıb.
 
Sfera.az bildirir ki, qurum bu addımın mülki əhalinin ərazidən çıxarılması üçün atıldığını deyib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Rusiya qoşunları aprelin 25-i Moskva vaxtı ilə saat 14:00-da döyüşləri birtərəfli qaydada dayandıracaq, qoşunlarını təhlükəsiz bölgəyə çəkəcək və mülki əhalinin çıxarılmasını təmin edəcək.

Mülkilərin seçdikləri istiqamətə aparılacağı bildirilib. Bəyanata əlavə edilib ki, Ukrayna tərəfi ağ bayraq qaldıraraq humanitar dəhlizə hazır olduğunu göstərməlidir. Nazirlikdən verilən məlumata görə, atəşkəs bəyanatı hər 30 dəqiqədən bir radiokanallar vasitəsilə Azovstalda əhaliyə çatdırılacaq.

Qeyd edək ki, Rusiya keçən həftə böyük Azovstal sənaye zonasından kənar əraziləri nəzarətə götürdüyünü açıqlamışdı. Putin yüzlərlə dinc sakinin sığındığı Azovstal polad zavodunun atəşə tutulmamasını və mühasirəyə alınmamasını əmr etmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qatarda çəkdirdi: Bundan sonra həyatı əbədi olaraq dəyişdi

Şri-Lankada çinli turist mükəmməl xatirə şəkli çəkdirmək üçün hərəkət edən qatardan yerə əyildikdən sonra ağır yaralanıb. Qarşıda tunel olduğunu vaxtında fərq e...

Ağcabədidə dələduzluq edən şəxs həbs olundu

Ağcabədidə dələduzluq edən şəxs həbs olunub.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə...

Bu iki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqəda...

Şadlıq sarayında DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayında keçirilən toy məclisində dava düşüb.   Sfera.az...

İş saatları dəyişdiriləcək? -AÇIQLAMA

Nəqliyyat sıxlığının azaldılması ilə bağlı iş saatlarının dəyişdirilməsi barədə qərardan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bununla bağlı addımlar atılmay...

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, müraciətdə dumanlı havanın texniki nizamlama vasitələrinin və d...