Türkiyə erməni soyqrımını tanıyır? - Ərdoğanın başsağlığı verməsinə MÜNASİBƏT

Media
14:23 / 25.04.2022
2217
"Ərdoğanın 24 aperel müraciəti Türkiyənin erməni soyqrımını tanıması kimi başa düşülməməlidir. Çünki onun ermənilərinin patriarxı Sahak Maşalyana müraciətində nə erməni soyqrımı ifadəsi, nə də belə bir hadisənin Osmanlı türkləri tərəfindən törədildiyi faktı qeyd edilib”.
Sfera.az xəbər verir ki, Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Prezident Rəcəb Tayyib Ərdoğanın 24 aprel münasibəti ilə Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana ünvanladığı müraciətdə başsağlığı verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından Ərdoğanın 24 aperel müraciəti anlaşılandır:
"24 apreldə Osmanlı imperiyasının tərkibində yaşayan ermənilər öldürülüb, lakin bu soyqırım deyil. Nəzərə almaq lazımdır ki, Osmanlı imperiyası Birinci Dünya müharibəsi gedişində kifayət qədər itki verirdi və eyni zamanda bir neçə fərqli cəbhədə döyüşürdü. Belə bir məqamda onun ermənilərə soyqırım törətməsi nə dərəcədə realdır? Digər tərəfdən, Ərdoğanın indi müraciət unvanladığı Türkiyə erməni patriarxlığını Osmanlı imperiyası təsis edib. Erməni əsilli 100-dən artıq paşa Osmanlıya xidmət edib.
Osmanlıda yalnız ermənilər "milleti sadıka”, yəni sadiq millət adlanırdı. Düzdür, erməni və sadiqlik terminlərinin Rinin yanaşı çəkilməsi gülünc səslənsə də, Osmanlı onları belə adlandırırdı. Ermənilərə bu qədər imtiyaz verən bir ölkə sonda onlara qarşı nə üçün soyqırım törətməli idi?”
Q. Hüseynli bildirir ki, ermənilərin 24 aprel hadisələrinə qədərki proseslərdəki roluna da nəzər salmaq vacibdir:
Politoloq hesab edir ki, Ərdoğanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün göstərdiyi səylər təqdirəlayiqdir:
"Ərdoğan usta siyasətçidir. Onun 24 aprel çıxışı bunu bir daha sübut edir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması, münasibətlərin normallaşması bu ölkənin nəzəratdə saxlanılması baxımından olduqca əhəmiyyətlidir. Belə ki, Ermənistanla Türkiyə münasibətlərinin normallaşması gələcəkdə bu ölkəyə türk şirkətlərinin və iş adamlarının axın etməsinə səbəb olacaq. Bu isə Ermənistanın iqtisadi baxımdan Türkiyədən asılı olması deməkdir”.