Səda Sayan yeddinci dəfə evləndi - FOTOLAR

Media
13:05 / 25.04.2022
1634
Türkiyəli müğənni Səda Sayan evlənib.
Sfera.az bildirir ki, ifaçı ötən gecə özündən 25 yaş kiçik musiqiçi Çağlar Öktenlə otellərin birində nikah masasına oturub. Cütlüyün may ayında Praqada keçirilməsi planlaşdırılan toyu Sayanın komandasının viza məsələsində yaşadığı problemlər səbəbindən İstanbulda baş tutub. Müğənni üçün Safiye Soyman və Esra Özmen, Çağlar Ökten üçün isə Faiq Öztürk və Fuat Özdolgun nikah şahidi olublar.
"Covir Events”in təşkil etdiyi toya cütlüyün yaxın dostları qatılıb. İkilinin balayı üçün Parisə gedəcəyi deyilib.
Qeyd edək ki, bu, ilk evliliyini 1987-ci ildə Rıdvan Kılıçla edən, sonuncu həyat yoldaşı Onur Şandan isə 2010-cu ildə boşanan Səda Sayanın yeddinci evliliyidir.
Türkan
Sfera.az