"Bəzi həkimlər bir kişidən 50-60 dəfə sperma alır" - Azərbaycanda sperma bankı bacı və qardaşların evlənməsinə səbəb olacaq?

Azərbaycanda sperma bankının yaradılması məsələsi son bir neçə gündür yenidən gündəmə gəlib. Məsələn, keçmiş deputat Gülər Əhmədova bunun əleyhinə olduğunu deyib: "Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı-qardaşın evlənməsi cinayət isə) işləyirlər. Bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək, düşünün necə xəstə millətə çevriləcəyik”. 
 
Digər tərəfdən  isə sonsuzluq probleminin həll edilməsi təkcə bizdə deyil, bütün dünyanın maraq obyektindədir. Yəni fikirlər bu istiqamətdə yenə haçalanıb.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyib ki, bu cür proseslərin nəzarət mexanizminin ölkəmizdə keyfiyyətli işləmədiyi hər kəsə bəllidir:

"Məsələn, hazırda bəzi həkimlər insanlardan sperma alırlar, lakin bu, bir dəfə edilmir. Hətta dəfələrlə eşitmişəm ki, bir insandan 50-60 dəfə sperma alınan vaxtlar olub. Bu, xüsusilə özəl klinikalarda və ölkəmizdə fəaliyyət göstərən türk həkimlərin fəaliyyəti zamanı baş verir. Buna görə də, Gülər Əhmədovanın haqlı olduğunu düşünürəm. Hər şeydən öncə, nəzarət mexanizmi o qədər dəqiqliklə işlənməlidir ki, bir insan yalnız bir dəfə sperma verə bilsin və onun məlumatları bank daxilində saxlanılsın. İkinci dəfə sperma vermək cəhdinin qarşısı alınsın. Bu, gələcəkdə bacı-qardaş evliliklərinə səbəb ola bilər, mental dəyərləri alt-üst edər. Nə qədər yenilikçi olmaq iddiasında olsaq belə, yaşadığımız coğrafiya, mühitdə oturuşmuş adət-ənənə buna imkan verməyəcək”.
 
Müsahibimiz bildirib ki, genofondumuz onsuz da qohum nikahlarına görə ciddi təhlükə altındadır:

"Qan xəstəlikləri, irsi xəstəliklər, ümumiyyətlə, bir sıra tibbi göstərişlər var ki, qohum nikahların birgə övladından qaynaqlanan məsələdir. Bunun yaratdığı fəsadlar fonunda üstəlik sperma bankı yaradılıb ona nəzarət mexanizmi zəif olacaqsa, o zaman təhlükənin arealını təsəvvür etmək mümkün deyil. Bir dəfə donorluq etmiş kişilər də olsa, donor olduğu ailənin gələcəkdə bunu uşağa deyib-deməməsi sual altındadır. Yəni bu uşaqların gələcəkdə öz bioloji atalarının övladları ilə evlənmək riski var. Biz bunu gözardı edə bilmərik. Bunun necə tənzimlənəcəyi də bəlli deyil. İstəyir 50 dəfə, istəyir 1 dəfə donorluq etsin, təsadüflər zərurətdən yaranır – gələcəkdə uşağın öz ailə üzvü ilə evlilik məsələsi var və bu, ciddi təhlükədir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdman müəllimi döyüldü: 4 nəfər saxlanıldı

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.   Sfera.az xəbər verir ki, azyaşlı şa...

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq - Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhi...

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadın...

Süni intellekt bəzi xəstəlikləri sağaltmağa kömək edə bilər

Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X...

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlum...

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir k...