Şəkidə ŞOK OLAY! Qəbiristanlığa girdilər və...

Şəkidə ŞOK OLAY! Qəbiristanlığa girdilər və...
Şəkidə qəbiristanlıqların dəmir barmaqlıqların oğurlayan şəxslər tutulub.

Sfera.az xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin "Pəri” qəbiristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri – 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbiristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.(apa.az)

OXŞAR XƏBƏRLƏR