Bu ölkələr Avropa İttifaqından kömək istədi - Böyük ukraynalı qaçqın dalğasına görə

Bu ölkələr Avropa İttifaqından kömək istədi - Böyük ukraynalı qaçqın dalğasına görə
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan böyük qaçqın dalğasından ilk növbədə zərər çəkən 9 Şərqi Avropa ölkəsi məktubla Avropa İttifaqından maliyyə yardımı istəyib.

Sfera.az xəbər verir ki, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və üç Baltikyanı ölkə (Estoniya, Litva və Latviya) qaçqınlara verilən sığınacaq, qida, təhsil və nəqliyyat xidmətləri kimi əlavə sosial yardımlara görə Avropa İttifaqından kömək istəyiblər.

14 maddədən ibarət birgə məktubda sosial həmrəyliyin Avropa Birliyinin əsas prinsiplərindən biri olduğu vurğulanıb və buna görə də Brüssel səlahiyyətlilərinin qaçqın axınından birbaşa təsirlənən Şərqi Avropa ölkələrinə yardım proqramları həyata keçirməli olduğu bildirilib. Bundan başqa, qaçqın axını səbəbindən bu ölkələrdəki iqtisadi tarazlıqların dəyişdiyinə işarə edilən müraciətdə bəzi struktur tədbirləri təklif edilib. 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının keçən həftə verdiyi açıqlamaya görə, müharibə başlayan gündən 19 aprelə qədər 5 milyondan çox ukraynalı öz ölkəsini tərk edib. Ukraynalı mühacirlərin təxminən yarısının üstünlük verdiyi ölkə Polşadır. Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığının açıqladığı hesabata görə, bu dövrdə müharibədən qaçan 2 milyon 825 min 463 immiqrant Polşaya sığınmış, eyni dövrdə ukraynalılar Rumıniya (757 min 047), Rusiya (549 min 805) və Macarıstan (471 min) 80, Moldova (426 min 964), Slovakiya (342 min 813) və Belarusa (23 min 759)  köç ediblər.

Birləşmiş Millətlər Beynəlxalq Miqrasiya Təşkilatında Ukrayna daxilində 7,1 milyon nəfər mülki köçkünün olduğunu bildirib. Müharibə başlayanda BMT münaqişənin qızışacağı təqdirdə 4 milyon qaçqının ölkəni tərk edəcəyini proqnozlaşdırmışdı. Şərqi Avropa ölkələri öz məktublarında bu yükün Avropa Birliyinə bərabər şəkildə bölüşdürülməsini tələb edirlər.

Əzizə Zeynal 


 

OXŞAR XƏBƏRLƏR

İdman müəllimi döyüldü: 4 nəfər saxlanıldı

Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb.   Sfera.az xəbər verir ki, azyaşlı şa...

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq - Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhi...

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadın...

Süni intellekt bəzi xəstəlikləri sağaltmağa kömək edə bilər

Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev X...

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlum...

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir k...