Bu sosial şəbəkə və oyuna qadağa qoyulur – Gənclərin inkişafına mane olduğu deyilir

Bu sosial şəbəkə və oyuna qadağa qoyulur – Gənclərin inkişafına mane olduğu deyilir
Əfqanıstanda Taliban müvəqqəti hökuməti "TikTok” proqramı və "PUBG” oyununu qadağan etməyə hazırlaşır. 

Sfera.az xəbər verir ki, Əfqanıstandakı müvəqqəti hökumətin nümayəndəsi İnamullah Samanqani mətbuata bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə "TikTok” və "PUBG”ni qadağan etmək göstərişi verilib. Qərara səbəb kimi "bu təcrübələrin gənclərin inkişafına mənfi təsirlərini" göstərən Samanqani qərarın hökumətin kabinet iclasında qəbul edildiyini bildirib.

Əfqanıstanda "PUBG” oyununun keçmiş hökumətdə qadağan edilməsi də gündəmdə idi.

Qeyd edək ki, "TikTok” Əfqanıstan gəncləri arasında çox populyardır və əyləncə mənbələrindən biri kimi qəbul edilir. Ölkədəki digər məşhur sosial media şəbəkələrinə "Facebook” və "WhatsApp” daxildir.

"DataReportal”ın yanvar ayında dərc etdiyi məlumatlara görə, təxminən 39 milyon əhalisi olan Əfqanıstanda 9 milyondan çox insan internetdən istifadə edir.
 
Əzizə Zeynal


 

OXŞAR XƏBƏRLƏR