Sürücülərin nəzərinə: 120-lik zolaqda diqqətli olun - VİDEO

Sürücülərin nəzərinə: 120-lik zolaqda diqqətli olun - VİDEO
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, 120-lik zolaqda avtomobili yavaş sürənləri cərimələyəcək.
 
İdarənin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 120-lik yolda avtomobili minimum 100-lə idarə etmək lazımdır. Yol hərəkəti üzrə ekspertlər isə bunun üçün həmin zolaqlarda minimum sürəti göstərən nişanın quraşdırılmasının vacib olduğunu deyirlər. Amma görünən odur ki, ''4.7'' nişanı sürətli yolda heç bir zolaqda yoxdur.  
 
120-lik zolaqda avtomobili yavaş sürənlər cərimə ediləcək. Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Bölmə rəisinin sözlərinə görə, əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda saatda 80-90 kilometr sürətlə sürmək olmaz. Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə isə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır. Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən, sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər.
 
Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaranır.
 
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücüyə sol zolaqda aşağı sürətlə hərəkət etməsinə görə cərimə yazmaq qanunsuzdur.
 
Sözügedən məsələdə başqa bir məqam isə həmin zolaqlarda ''4.7'', yəni minumum sürəti göstərən nişanın olmamasıdır. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, əslində bu nişan yalnız yaşayış yerlərindən kənardakı ayrıca sürət zolağı olan yollarda olmalıdır. Əgər şəhərdaxili yollarda bu nişan yoxdursa, bu, qanun pozuntusu demək deyil. (xezerxeber.com)
 
]

OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....