Fazil Həsənəliyevə ağır itki

09:57 / 23.04.2022
3559
Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.
Sfera.az məlumatına görə, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.