Bu şirkətin kuryerləri tətil elan etdi, digərləri də onlara qoşulacaq - SƏBƏB

Media
13:48 / 22.04.2022
1639
Dünən sosial şəbəkələrin Azərbaycan seqmentində 100-dən çox "Wolt” kuryerinin işə çıxmadığına dair malumat yayılıb. Kuryerlərin işə çıxmamasına səbəb çatdırılmaya görə aldıqları ödənişlərin azaldılmasıdır.
Sfera.az xəbər verir ki, adının açıqlanmasını istəməyən "Wolt” kuryeri açıqlamasında məlumatı təsdiqləyib.
Onun dediyinə görə, ödəniş son 2,5 il ərzində 2.7-2.8 manatdan 1.6 manata kimi azaldılıb:
"Qiymətlər şirkət tərəfindən səbəbsiz şəkildə aşağı salınıb. Qiymətlərin aşağı salınmasına etiraz etdikdə isə şirkətdən "onsuz da işləmək istəyən çoxdur" cavabını alırıq”.
Kuryer qeyd edib ki, bənzər tendensiya digər kuryer şirkəti olan "Bolt”da da müşahidə edilir: