Kredit qoyuluşunda 10 faizlik azalma

Kredit qoyuluşunda 10 faizlik azalma

İlin əvvəlindən ölkə iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 18434,2 milyon manat təşkil edib.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfeli 2015-ci il iyul ayının 1-i ilə müqayisədə 9,1 faiz azalıb. Verilən kreditlərin 14374,9 milyon manatı uzunmüddətli kreditlər olub.

 

Kreditlərin 31,9 faizi dövlət, 65,1 faizi qeyri-dövlət bankları, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb.

 

Qeyd edək ki, hesabat dövründə əhalinin gəlirlərinin (25682,7 milyon manat) 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,4 faizinə bərabər olub.

 



OXŞAR XƏBƏRLƏR