“Nərmini öldürdüyünü mənə etiraf etdi” - İlkinin məhkəməsində daha bir İDDİA

“Nərmini öldürdüyünü mənə etiraf etdi” - İlkinin məhkəməsində daha bir İDDİA
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İ.Süleymanovun saxlanıldığı istintaq təcridxanasındakı kamera yoldaşı Rəvan İsmayılov şahid qismində ifadə verib.

O bildirib ki, İ.Süleymanov N.Quliyevanı öldürdüyünü etiraf edib: "Fevral ayı idi. Kamerada bizdən başqa heç kim yox idi. Birdən İlkin mənə yaxınlaşaraq Nərmini öldürdüyünü etiraf etdi. Mənə deyirdi ki, hadisəni törədib, lakin 10 yaşlı Nərmini hansı səbəblə qətlə yetridiyini demədi".
 
Məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkillərinin verdiyi sualı - İlkin onunla birgə təcridxanada olan digər üç nəfərə cinayəti törətmədiyini deyib. Həmin şəxslər bunu öz ifadələrində deyiblər. Necə olur ki, İlkin digər üç nəfərə belə bir etiraf etmədiyi halda sizə Nərmini qətlə yetirdiyini etiraf edib?
 
 R.İsmayılov isə buna əsaslı cavab verə bilməyib və əlavə edib ki, İlkin etiraf edən zaman kamerada ikisindən başqa heç kim olmayıb.
Növbəti məhkəmə aprelin 22-nə təyin olunub.
 
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./Report/

OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...