Keçmiş Baş nazir nəvəsinə kiçik toy etdi - FOTO/VİDEO

13:37 / 21.04.2022
2294
Xanəndə Pərviz Qasımov oğlu Qasıma kiçik toy edib.
Sfera.az xəbər verir ki, şəhər hotellərindən birində keçirilən gecədə şou biznesin tanınmış simaları yer alıblar. Onlar mahnılar səsləndirib, muğam ifaçısını övladının özəl günü münasibətilə təbrik ediblər.
Məclisdə Keçmiş Baş nazir Novruz Məmmədov aylar sonra görüntülənib. O, nəvəsinin kiçik toyunda iştirak edib.
Qeyd edək ki, N. Məmmədovun qızı Firuzə Məmmədova muğam ifaçısı Pərviz Qasımovla ailəlidir.
Pərviz Televiziya Muğam Musabiqəsinin, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub. (Qafqazinfo)