Müharibə nə vaxt bitəcək? - Moskva şərtini elan etdi

Media
10:30 / 21.04.2022
822
Donbasda yeni müharibəyə başlayan Rusiya Ukraynada hərbi fəaliyyətlərin yalnız NATO təhlükəsinin dayandırılması ilə mümkün ola biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi Aleksey Polişçuk Moskvanın "xüsusi hərbi əməliyyat” adlandırdığı işğalın NATO-nun Rusiyanı Ukrayna ərazisindən təhdid etməyi dayandırdıqda sona çatacağını bildirib.
Polişçuk NATO-nun Ukrayna ərazisindən Rusiyanı necə təhdid etdiyini ətraflı açıqlamayıb.
Qeyd edək ki, Ukraynaya müdaxilə başlayandan bəri ABŞ Çinin Rusiyaya kömək etməməsi üçün dəfələrlə sıx təmasda olub. ABŞ müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenqe ilə görüşüb. Ukraynanın işğalının gündəmə gətirildiyi görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Ostin və Fenqenin görüşü Co Bayden vəzifəyə gəldikdən sonra müdafiə nazirlərinin ilk görüşü olub.
Əzizə Zeynal
Sfera.az