Ailə FACİƏSİ: Oğlu intihar etdi, arvadını öldürdü, özünü asdı - TƏFƏRRÜAT

Ailə FACİƏSİ: Oğlu intihar etdi, arvadını öldürdü, özünü asdı - TƏFƏRRÜAT
Dünən Qusarda 40 yaşlı kişinin 38 yaşlı arvadını öldürüb daha sonra intihar etməsi hadisəsinin detalları məlum olub.

Son aylarda rayonun Bədişqala kəndində yaşayan 1982-ci il təvəllüdlü Marat Yüzbəyovun ailəsində münaqişəli vəziyyət olub. Belə ki, 4 ay əvvəl, yəni dekabrın 11-də Maratın birinci evliliyindən olan və onunla birlikdə yaşayan oğlu – 15 yaşlı Z.Yüzbəyov özünü həyətdə asaraq intihar edib. Bundan sonra onun ikinci həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyova ilə münasibətləri pisləşib. Marat Yüzbəyov oğlunun ölümündə onun ögey anasını günahlandırıb və ailədə vəziyyət daha da pisləşib. 
 
Ailə münaqişəsi zəminində ötən gün Marat Yüzbəyov Sənubər Yüzbəyovanı evdə bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edərək öz həyatına da son qoyub.
 
Marat Yüzbəyov kənddə fərdi təsərrüfat sahibi kimi mal-qara saxlamaqla məşğul olub. Onun Sənubər Yüzbəyova ilə evliliyindən 2 azyaşlı övladı qalıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. /Qafqazinfo/

OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...