Zaxarovadan sərt BƏYANAT: "Zelenski elə bil sirk açıb, danışıqlardan diqqəti yayındırmaq üçün istifadə edir"

Media
17:44 / 20.04.2022
1043
"Rusiya artıq Ukraynanın danışıqlar qrupuna etibar etmir”.
Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya və Ukraynanın danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçirilən iclasda bəzi qərarlar qəbul etdiklərini, lakin bu qərarların müqavilənin mətnində yazılmadığını ifadə edən qurum rəsmisi fikirlərinə bu cür davam edib:
"Burada "güvən və təsdiq et” elementlərindən "güvən” hissəsi uzun müddətdir ki, yoxdur. Rusiya Ukraynanın qeyri-sabit davranışına hazır idi. Özünü Ukrayna prezidenti adlandıran şəxs danışıqların onun ofisinin yanında aparılmasını xahiş edib. Rusiya bu tələbi rədd etməyib. Sonra həmişəki kimi, sözün əsl mənasında Kiyev rejimi tərəfindən, obrazlı desək, sirk açıldı. Bəzən gəlirlər, bəzən gəlmirlər, bəzən gec gəlirlər. Moskva buna hazır idimi? Bəli, hazırlanmışdı. Klassik sxemin yoxlanılması, rejimin müstəqil olmadığını göstərir. İkincisi, danışıqlar diqqəti yayındırmaq üçün istifadə olunur”.
Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin müstəqil biri olmadığını vurğulayaraq, "Nə indi, nə də daha əvvəl üçün Zelenskinin müstəqilliyindən danışmağa ehtiyac yoxdur. Təbii ki, bunun arxasında onun kuratorları dayanır. Əvvəla, Vaşinqton və digər NATO strukturları illərdir bu və ya digər şəkildə bu prosesi idarə edir. Ona görə də Zelenskinin açıqlamaları barədə danışmaq, əsaslandırmaq mənasızdır. Bu gün bir şey deyir, sabah başqa bir şey. Bu, Zelenskinin şəxsiyyətində problemlər yaradır. Bütün dünyanın davamlı olaraq gördüyü görüntülər bunlardır”, - deyə əlavə edib.
İsveç və Finlandiyanın NATO-ya daxil olmaq cəhdləri ilə bağlı isə qurum rəsmisi bu fikirləri bildirib:
"ABŞ-ın himayəsi altında Brüssel uzun müddətdir ki, İsveç və Finlandiyanı öz strukturlarına cəlb edib. Onları həqiqətən cəlb etmək üçün təlim adı altında müxtəlif süni tədbirlər həyata keçirilirdi. Biz həm açıq, həm də ikitərəfli kanallar vasitəsilə xəbərdarlıqlar etmişik. Onlar bunu bilirlər, buna görə də təəccüblü deyil. Bu məsələnin nə ilə nəticələnəcəyi istiqamətində onlara məlumat verilib”.
Günay Rəsulqızı
Sfera.az