Burun əməliyyatı karyerasına son qoydu - Hollivuddan sürgün edilən aktrisadan inanılmaz ETİRAF

Burun əməliyyatı karyerasına son qoydu - Hollivuddan sürgün edilən aktrisadan inanılmaz ETİRAF
1980-ci illərdə bütün dünyada səs-küy yaradan "Dirty Dancing" filminin ulduzu Cennifer Qrey etirafları ilə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, "Out of the Corne" adlı kitabında burnunda etdiyi plastik əməliyyatdan peşman olduğunu ifadə edən məşhur, Hollivuddan sürgün edildiyini deyib. "Nəyi səhv etdiyimi, niyə Hollivuddan sürgün edildiyimi sorğulamaq üçün çox enerji sərf etdim”, - yə o qeyd edib.

1990-cı illərdə etdiyi rinoplastikadan danışan 62 yaşlı aktrisa fikirlərini bu cür ifadə edib: 

"Artıq mən deyildim. Heç kim məni tanımırdı. Kimliyimi və karyeramı bir anda itirdim. Sanki görünməz olmuşdum. Maraqlısı odur ki, estetika bütün həyatım boyu müqavimət göstərdiyim bir şey idi və anam həmişə burnumu düzəltməli olduğumu deyirdi. Əgər bunu etsəm, oynayacağım rollarda maneələrlə üzləşməyəcəyimi bildirirdi. Burnumdan əməliyyat olunduqdan sonra filmin premyerasına getdim. Aktyor dostum Maykl Duqlasın mənə baxdığını görəndə onun məni tanımadığını anladım. Duqlas mənim kim olduğumu bilmirdi. Çünki çox fərqli görünürdüm”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Stiv Cobsun iş müsahibələrində istifadə etdiyi maraqlı pivə testi

İş müsahibələri tez-tez stresli, formal olur və çoxlu əzbərlənmiş cavablarla dolu olur. Lakin Stiv Cobsun dünyasında işlər belə olmayıb. Onun məqsədi qarşısında...

İstilər yaxınlaşır: Kondisioner şoku deyə bir şey varmı?

Kondisionerin qabağında oturub “ay allah” demək yay aylarında hamımızın adi bir vərdişdir, lakin günün sonunda özünüzü zəif hiss edirsinizsə, baş ağ...

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...