6.8 mlrd. manatlıq investisiya
18:50 / 13.08.2016
2049
Bu ilin I yarımilində ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6.8 mlrd. manat təşkil edib.
Sfera.az xəbər verir ki, dövr ərzində neft sektoruna 4.5 mlrd. manat, qeyri-neft sektoruna 2.3 mlrd. manat həcmində investisiya yönəldilib. Cəmi investisiya qoyuluşlarının 25.2%-i dövlət (2015 I yarımil 29.3%), 74.8%- i özəl sektorun (2015 I yarımil 70.7%) payına düşüb. İnvestisiyaların həcmi sənayedə və tikintidə müvafiq olaraq 13.4% və 7.7% artıb. Qeyri-neft sənayesinin inkişafı üçün ümumi qeyri-neft investisiyalarının 4.6%-i istifadə edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 37.1%-i daxili mənbələr, 62.9%-i isə xarici mənbələr hesabına formalaşıb.