Şeyma Subaşı maddi çətinlik çəkir: Keçmiş sevgililərinin hədiyyələrini satmağa başladı

Şeyma Subaşı maddi çətinlik çəkir: Keçmiş sevgililərinin hədiyyələrini satmağa başladı
Misirli sevgilisindən ayrılan türkiyəli fenomen Şeyma Subaşı maddi çətinliklə üzləşib.
 
Sfera.az bildirir ki, iddialara görə, fenomen keçmiş həyat yoldaşı, iş adamı Acun Ilıcalı və sevgilisi Məhəmməd Əlsaloussinin hədiyyəsi olan bahalı çantaları, saatları, paltarları bir-bir satmağa başlayıb. Məlumata görə, ikinci əl lüks məhsullar alan mağaza və internet saytlarına onlarla paltar və aksesuar satdığı deyilən Subaşı qarşılığında replika məhsullar alır.

Satılan məhsullar arasında Məhəmməd Əlsaloussinin Şeymaya hədiyyə etdiyi qiyməti 1 milyon lirə olan çanta da var.
 
Xatırladaq ki, fenomen misirli iş adamı Məhəmməd Əlsaloussi ilə eşq yaşamağa başlayanda Acun Ilıcalıdan 125 min lirəlik alimenti almağı dayandırmışdı.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR