ABŞ qar fırtınasına təslim oldu: 300 min insan işıqsız qaldı, çoxlu yol qəzaları baş verdi

ABŞ qar fırtınasına təslim oldu: 300 min insan işıqsız qaldı, çoxlu yol qəzaları baş verdi
ABŞ-ın şimal-şərqindəki bir çox ştatda 300 min insan işıqsız qalıb.
 
Sfera.az bildirir ki, buna səbəb güclü qar fırtınası olub. Milli Meteoroloji Xidmət saatda 64 kilometr sürətə çatan tufan və güclü sulu qarın ağac budaqlarını qıraraq təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. Nyu York rəsmiləri tərəfindən edilən açıqlamada insanların mümkün qədər yollardan uzaq durmalı olduğu bildirilib.

Nyu-York ştatının Binghamton şəhərində isə qar qalınlığı 38,6 santimetrə çatıb və bu, aprel ayının rekordu kimi qeydə alınıb.  Virgil şəhərində ölçülən qar 45 santimetrlə proqnozlaşdırılan ən yüksək qalınlığa çatıb. Pensilvaniyada isə güclü qar yağması səbəbindən çoxlu yol qəzaları baş verib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...