Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü - Video

Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü - Video

Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən mağazadan oğurluq hadisəsi anbaan kameranın obyektivinə düşüb. 

Hadisə bir neçə gün əvvəl baş verib. 

Oxucunun baku.ws-ə göndərdiyi videodan görünür ki, gənc oğlan mağazanın içki şöbəsinin qarşısında dayanıb. O, sakitcə əlində saxladığı torbaya iki içki şüşəsi yerləşdirərək həmin yerdən uzaqlaşır. 

Mağaza sahiblərinin bildirdiyinə görə, hadisə ilə bağlı polisə məlumat verilib. Oğrunun tapılması istiqamətində iş aparılır.

 


OXŞAR XƏBƏRLƏR