Bu qadınların xərçəngə tutulma riski yüksəkdir – 88 faiz…
11:11 / 20.04.2022
1091
İngiltərənin Bristol Universitetində aparılan bir araşdırma daimi olaraq artıq çəkiyə sahib olmağın uşaqlıq boynu xərçəngi riskini artırdığı müəyyən edilib.
Sfera.az xəbər verir ki, Avstraliya, Almaniya, ABŞ, Belçika, İngiltərə, İsveçrə və Polşadan təxminən, 13 mini uşaqlıq yolu xərçəngi olan 120 min qadının genetik nümunələri araşdırılıb və hər əlavə beş vahid bədən kütlə indeksinin uşaqlıq boynu xərçəngi riskini 88 faiz artdığı qeyd edilib.
"BMC Medicine” jurnalında dərc edilən araşdırmada piylənmə və uşaqlıq xərçəngi arasında əlaqə yarada bilən 14 əlamət araşdırılıb. Piylənmənin hormonlar vasitəsilə xərçəng riskini necə artırdığını göstərən mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu spesifik hormonlar üçün dərmanlar hazırlana bilər.
İngiltərədə uşaqlıq boynu xərçəngi yaşayan hər üç şəxsdən biri artıq çəkidən əziyyət çəkir. Həmçinin bildirilib ki, ölkədə 1960-cı ildən sonra doğulan hər 36 qadından 1-də uşaqlıq boynu xərçəngi aşkarlanıb.
Əzizə Zeynal
Sfera.az