Baş naziri polisə şikayət etdilər, maska tələbi ləğv edildi

Baş naziri polisə şikayət etdilər, maska tələbi ləğv edildi
Şotlandiyada maska ​​taxmağı məcbur edən qanun ləğv edilib. 
 
Sfera.az NTV-yə istinadən bildirir ki, maska ​​mədudiyyətinin yumşaldılması Şotlandiyanın baş naziri Nikola Stercenin seçki kampaniyası zamanı maskasız olaraq kameralara düşməsindən və bu barədə polisə şikayət edildikdən bir gün sonraya təsadüf edib. 

Sosial şəbəkələrdə yayılan videoda baş nazirin şənbə günü bərbərə baş çəkərkən maska ​​taxmadığı görünürdü. Bu üzə çıxdıqdan sonra vətəndaşlar polisə məlumat verib. Polis rəsmiləri də vəziyyəti təsdiqləyib və qiymətləndirildiyini açıqlayıblar.

Ölkədə koronavirusla əlaqəli məhdudiyyətlər aradan qaldırılsa da, Şotlandiya hökuməti izdihamlı yerlərdə insanların üzlərini örtməyə davam etmələrini şiddətlə tövsiyə etdiyini bildirib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR