Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Ermənistana təklif etdiyi baza prinsiplərinə əsasən yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.

- Rusiya Azərbaycanın həm müttəfiqidir, həm də Azərbaycanla Ermənistan arasında sülhün bərpasında vasitəçidir. Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər sülh sazişinin əsas şərtidir. Rusiya Azərbaycanın təməl prinsiplərini dəstəkləyirmi? 
 

- Əvvəllər qeyd etdiyimiz kimi, Bakının təklif etdiyi "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas addım kimi dəyərləndirilir. Bu mövzu cari ilin aprelin 9-da müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları zamanı müzakirələr keçirilib. Eləcə də bir gün əvvəl Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlarda və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da müzakirələr aparıb. Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmindədir.

- ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırıb. Bu, danışıqlara necə təsir edir?

- Xatırladaq ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb. Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası naminə əlavə ardıcıl addımlar tələb olunur.

- Rusiya yekun sülh razılaşması üçün nə edəcək?

- ATƏT-in Minsk Qrupunun rusiyalı səfiri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək.
Onun diqqət mərkəzində yuxarıda adıçəkilən sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz, eləcə də tərəfdaşlarımızdan İqor Xovayevin səylərinə dəstək olacaqlarına ümid edirik. Həmçinin, digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqəyə açığıq.
 

OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...