\"Hətta 9 doza vaksin vurduran da xəstəliyə yoluxa bilər\" - İnfeksionist səbəbini açıqladı

\
Zaman-zaman xüsusilə ictimai  şəxslərin koronavirus pandemiyası əleyhinə 3-4 deyil, daha artıq doza vaksin vurdurduğunun şahidi oluruq. Eynilə bəzi sadə vətəndaşları da vaksinin 7, 8, 9-cu dozalarını qəbul edirlər və bildirirlər ki, bununla da tam müdafiə olunurlar.
 
Maraqlıdır, həqiqətən çox doza vaksin qəbul etmək insanı COVİD-19-dan tamamilə qoruyurmu?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli deyib ki, vaksinasiyanın məqsədi süni yolla xəstəliyə qarşı spesifik immunitet yaratmaqdır:

"2-ci dozadan sonra vurulan dozaların isə sayca əhəmiyyəti yoxdur. Çünki bunlar hamısı buster doza hesab olunur. Əgər iki sağlam şəxs, biri 1 ay öncə 4-cü doza, digəri isə 8-ci doza buster vaksin vurdurubsa, onların immuniteti arasında əhəmiyyətli dərəcədə fərq olmayacaq”.

Müsahibimizin sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, sonuncu dozadan 6 aydan artıq müddət keçdikdə immunitet zəifləyir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR