“Xeyr, indi vaxtı deyil...” – Putin nəyi rədd edib?

14:30 / 18.04.2022
1892
İtaliyanın baş naziri Mario Draqi Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı onun Ukraynada atəşkəs təklifini rədd etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Draqi deyib ki, bütün təkidlərinə baxmayaraq, Putin Zelenski ilə görüş fikrinə "Xeyr, indi vaxtı deyil” cavabını verib.
Baş nazir Putinlə danışığın mənasız vaxt itkisi olduğunu deyərək, onun əsas məqsədinin Ukraynanın müqavimətini qırmaqla yekun işğala nail olmaq mahiyyəti daşıdığını bildirib.
Nazir təcüvüzkara qarşı sanksiyaların qüvvədə olmasının labüdlüyünü qeyd edib.
Əzizə Zeynal
Sfera.az