Rusiya MN: Ukraynanın dörd silah anbarı “İskəndər”lə məhv edilib

Media
12:15 / 18.04.2022
1387
"İskəndər”lər dörd silah anbarını və Ukrayna texnikasını məhv ediblər.
Sfera.az "RİA novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunub ki, "İskəndər” raketləri ilə 4 silah anbarı və Ukrayna texnikası məhv edilib. Eyni zamanda canlı qüvvələrin də hədəf alındığı qeyd olunub.
Əzizə Zeynal
Sfera.az