Bu ölkədə yayımlanan serial Qasım Süleymani ilə bağlı həqiqəti ortaya çıxardı

Bu ölkədə yayımlanan serial Qasım Süleymani ilə bağlı həqiqəti ortaya çıxardı
Misirdə yayımlanan "Seçim 3" serialı "Sepah”-ın Qüds qanadının keçmiş komandanı general Qasım Süleymaninin əvvəllər Misirə səfər etdiyini təsdiqləyib.

Sfera.az xəbər verir ki, hazırda yayımlanan serial öz bölümlərindən birində Qasım Süleymaninin Misirdə Sepah-ın qanadını yaratmaq məqsədilə bu ölkəyə səfər edərək "Müsəlman Qardaşları" hərəkatının liderləri ilə görüşdüyünə dair detallara toxunub.

Qeyd edək ki, "Əl-Ərəbiyyə" telekanalı iki il öncə Qasım Süleymaninin iranlı turist adı altında saxta pasportla Misirə səfər edərək sözügedən hərəkatın liderləri ilə bir neçə dəfə gizli görüş keçirdiyini ifşa edib.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR