Ermənilərin Şuşanı, Naxçıvanı yenidən işğal arzusuna SƏRT REAKSİYA: "Yeni sərhədlər müəyyən edəcəyik"

Ermənilərin Şuşanı, Naxçıvanı yenidən işğal arzusuna SƏRT REAKSİYA:
Artur Vanesyan, Aşot Safaryan, İşhan Saqatelyan ötən axşamdan etibarən fasiləsiz mitinqə başlayıblar. Onlar çıxışlarında Şuşanı, Naxçıvanı yenidən işğal edəcəklərini bildiriblər.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Zaur Məmmədov deyib ki, hər üç ad və onların yanında olan digərləri bəzi xarici dairələr tərəfindən müdafiə edilirlər:

"Hətta, bəzi paytaxtlar Totoyan və Vanesyanı Nikoldan sonrakı hakimiyyət üçün ən uğurlu seçim adlandırırlar. Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar və təkbətək görüşlər fonunda sülhün əldə edilməsi istiqamətində aparılan işlər Hayastanın daxilindəki bəzi qüvvələr və regiona qonşu olan iki dövlət  üçün də arzuolunmazdır. Vanesyanı, Safaryanı, Saqatelyanı və digərlərini məhz həmin qüvvələr küçələrə çıxarırlar”.

Politoloq başverən hadisələr fonunda Azərbaycanın hansı addımı atmalı olduğunu da açıqlayıb:

"Hazırda orada baş verənlərin necə bitməsindən asılı olmayaraq, rəsmi Bakı hədəflərinə çatacaq. Əgər Ermənistan sülhdən yayınarsa, bu Qafqazda yeni sərhədlərin ortaya çıxması ilə nəticələnəcək”,

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...