Zombi filmlərindəki səhnələr gerçək oldu: Şanxaydan dünyanı lərzəyə salan görüntülər yayıldı - VİDEO

Zombi filmlərindəki səhnələr gerçək oldu: Şanxaydan dünyanı lərzəyə salan görüntülər yayıldı - VİDEO
Çinin Şanxay şəhərində martın sonlarından evlərində qapalı qalan şəhər sakinləri qoyulan sərt məhdudiyyətlərə etiraz ediblər.
 
Sfera.az bildirir ki, sosial mediada yayılan yeni videoda Şanxay sakinləri ilə onları karantin mərkəzinə aparmaq istəyən təhlükəsizlik qüvvələri arasında yaşanan gərginlik üzə çıxıb. Görüntülərdə izdiham içərisində olan bir neçə nəfərin polis xəttini pozaraq karantindən qaçmağa çalışdığı, təhlükəsizlik qüvvələrinin insanları qollarından tutaraq sürüklədiyi görünüb. Videoda şəhər sakinləri polisi onları vurmaqda ittiham edərkən arxa planda qışqırıq və ağlama səsləri eşidilib. Polisin kameralar qarşısında bir neçə nəfəri həbs etdiyi görüntülərdə Çin xalqının yaşadığı qəzəbin yalnız bir hissəsi əks olunub.

Sosial şəbəkələrdə yayılan başqa bir videoda isə  səlahiyyətlilər kimisə zorla maşına mindirərkən arxadan ağlayan qadının "Yaşlı adamı niyə aparırlar?” deyərək soruşduğu eşidilib. Başqa bir videoda isə insanların diz çökərək polisə yalvardıqları görünüb.

Digər tərəfdən, gündə 20 min yoluxmanın aşkarlandığı şəhərdə karantin üçün kifayət qədər yer tapmaq getdikcə çətinləşib. Hakimiyyət yarmarkaları və məktəbləri karantin mərkəzlərinə çevirməklə ehtiyacı ödəməyə çalışarkən, şəhər sakinləri bu cür tədbirlərin zəruriliyini sorğulayıb. Sosial şəbəkələrdə paylaşılan videolarda qəzəbli şəhər sakinlərinin ərzaq qıtlığından və tibbi ləvazimatların qeyri-kafi olmasından şikayətləndikləri də müşahidə olunub.
Şanxay indi şəhəri üç zonaya bölməklə bəzi məhdudiyyətləri yumşaldıb: kilidləmə, nəzarət edilən və ehtiyat zonası. Bir həftə ərzində yeni yoluxma olmayan ərazilər "nəzarət" olaraq qeyd olunacaq və yeni yoluxmalar olmadan iki həftə keçərsə, onlar "ehtiyat" vəziyyətinə salınacaq. Daha az və ya heç bir hal olmayan ərazilərdəki insanlara daha çox azadlıq veriləcək - məsələn, yaşayış yerlərinin yerləşdiyi ərazilərdə hərəkət etmək.

 
Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.   Sfera.az...

Bakıda TDT ölkələrinin məhkəmə şuralarının 3-cü iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “...

Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, fö...

Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.     Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Naxçıvan MR Dövlət Statistika K...

Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səhiyyə sahəsində çalışan şəhid ailələri ilə ...

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.   Sfera.az Ermənistan KİV-inə istinadən xəbər v...