Rusiyadan İDDİA: "Ukrayna “Toçka-U” raket kompleksi ilə təxribata hazırlaşır"
Media
10:59 / 16.04.2022
1140
Rusiya diqqətçəkən bir iddia ortaya atıb.
Sfera.az bildirir ki, ölkənin Müdafiə Nazirliyi Ukraynanın "Toçka-U” raket sistemindən istifadə etməklə "təxribatlar” hazırladığını iddia edib.
Belə ki, sözügedən qurumun Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev Ukraynaya qarşı başlatdıqları müharibə ilə bağlı açıqlamalar verib. Kiyev administrasiyasının yeni "təxribatlar” hazırladığını iddia edən Mizintsev fikirlərini bu cür ifadə edib.
"Kiyev administrasiyası Rusiya ordusunu mülki insanları öldürməklə müharibə cinayətləri törətməkdə ittiham etmək üçün Kramatorskdakına bənzər dəhşətli təxribat hazırlayır. Bu məqsədlə Lozova qəsəbəsindəki vağzaldakı qaçqınlara Ukrayna Silahlı Qüvvələrinin 19-cu briqadası "Toçka-U” raket kompleksi ilə hücum edəcək”.
"Toçka-U” raketlərinin "yalnız Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edildiyini” ifadə edən Mizintsev Ukrayna rəhbərliyinin beynəlxalq hüquqa hörmət etmədiyini iddia edib.
Günay Rəsulqızı
Sfera.az