“Haqsızlıqların səbəbini qanunlarda axtarmaq doğru deyil" - Politoloq

“Haqsızlıqların səbəbini qanunlarda axtarmaq doğru deyil
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüququnun qorunması demokratik dəyərlər baxımından önəmlidir. Ölkəmizdə də bu mövzu illərdir müzakirə edilir. Son illərdə xüsusilə bu sahədə işlər görülür.

Maraqlıdır, görülən işlərə baxmayaraq vətəndaşlarımız öz hüquq və azadlıqlarını yetərincə bilir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan cəmiyyəti sosial və siyasi məsələlərdə olduqca aktivdir: 
"Bununla belə görürsən ki, insanlar onların hüquq və azadlıqlarının pozulmasından şikayətlənir. Bir çox hallarda hüquqlarının pozulması qanunlarda olan müəyyən boşluqlarla izah olunsa da, əsas səbəb kimi vətəndaşların böyük çoxluğunun öz hüquqlarını bilməməsi göstərilir”. 

Politoloqun fikrincə bu sahədə yenə də müəyyən işlərin görülməsinə ehtiyac var. "Xüsusilə də, siyasi təşkilatların bu istiqamətdə aktivliyinə ciddi ehtiyac yaranıb. Çünki hüquqlarını bilməyən, siyasi fəallığı olmayan, hər şeyi öz axarına buraxan insan sonda öz hüquqlarının pozulması ilə rastlaşır. Bir çox hallarda da bilmədiyi üçün həmin hüquqların pozulmasına müqavimət göstərmək imkanı da olmur”, - deyə Q.Hüseynli vurğulayıb.

Onun sözlərinə görə qanunları bilməmək, qulaqdandolma bilgilərlə hərəkət etmək cəmiyyətdə geniş yayılıb.

"Bir çox hallarda da insanların hüquqları məhz bu səbəblərdən pozulur. Bütün haqsızlıqların səbəbini qanunlarda axtarmaq doğru deyil. Odur ki, Azərbaycan vətəndaşının öz hüquqlarını sona qədər bilməsi vacibdir”.

Turan Rzayev 
Sfera.az
 

Qeyd: Material Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...