Nejat İşler sərxoş olub dəfələrlə yıxıldı, jurnalistləri söydü - FOTOLAR

Nejat İşler sərxoş olub dəfələrlə yıxıldı, jurnalistləri söydü - FOTOLAR
Uzun illərdir sağlamlıq problemləri ilə mübarizə aparan türkiyəli aktyor Nejat İşlerin son görüntüləri sevənlərini kədərləndirib.
 
Sfera.az bildirir ki, aktyor ötən axşam Asmalımescitdə sevgilisi ilə əylənərkən kameralara tuş gəlib. Spirtli içkinin dozasını qaçırdığı üçün ayağa qalxmaqda çətinlik çəkən Nejat  həmin yerin işçilərindən kömək istəyib. 

TV8 ekranlarında yayımlanan "2-ci Səhifə” proqramında yer alan xəbərə görə, İşler sərxoş halda məkana gələrək ayaq üstə dura bilməyəndə əməkdaşlar stul gətirib. Daha sonra çətinliklə məkana daxil olan aktyor çıxışda çətin anlar yaşayıb.

Sevgilisi ilə taksiyə minməyə çalışan İşler, "Ayaqda dayana bilmirsiniz” deyən jurnalistlərə əvvəlcə "Əslində siz dayana bilmirsiniz” deyib, ardınca mətbuat mənsublarını söyüb. Hadisə bununla da bitməyib. Belə ki, İşler müvazinətini itirərək yerə yıxılıb və başına zərbə dəyib.

Məkan əməkdaşlarının köməkliyi ilə taksiyə minən Nejat İşler mətbuat mənsublarına orta barmaq hərəkəti də göstərib. Taksi ilə Şişhanedə qaldığı otelə gedən aktyor yardım vasitəsilə  avtomobildən düşüb və bu dəfə otelə daxil olarkən yerə yıxılıb.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...