MİDA-nın mənzil satışının nəticələri ləğv oluna bilər - AÇIQLAMA

MİDA-nın mənzil satışının nəticələri ləğv oluna bilər - AÇIQLAMA
"Əgər MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) "Güzəştli mənzil” sisteminin DEMO versiyası ilə əsas versiyanın ilkin kodlarını satışdan bir gün öncə  dəyişdirməyibsə, yəni öncədən adi bot yazanlar üçün də münbit şərait yaradıbsa, onda düşünürəm ki, burada həm də MİDA-nın məsuliyyəti var”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz MİDA-nın DTX-yə  müraciət etməsindən danışarkən deyib. O bildirib ki, güzəştli mənzil satışının nəticələrinin ləğv olunması, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər:

"Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə  təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı. Son hadisələr onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. O cümlədən, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir”.

Ekspert qeyd edib ki, onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan  sistem olmasına baxmayaraq, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var:

"Bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir.  Satışdan sonra, MİDA bəzi məqamları çıxmaq şərtilə, onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq  açıqlamalıdır. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca  qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməli, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməli, onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...