Minsk qrupu ləğv edilir: Format dəyişikliyi Azərbaycana nə vəd edir? – Bu dövlətlər bir araya gəlsə...

Minsk qrupu ləğv edilir: Format dəyişikliyi Azərbaycana nə vəd edir? – Bu dövlətlər bir araya gəlsə...
Rusiya tərəfinin Minsk qrupunda təmsil olunmayacağı sözügedən qrupun format dəyişikliyi məsələsini aktuallaşdırıb. Belə ki, təşkilatda həmsədrlərin dəyişilməsi, üzv ölkələrin hansısa birinin həmsədr olaraq seçilməsi məsələsi gündəmdədir. 
 
Qeyd edək ki, Minsk qrupuna üzv ölkələr arasında Rusiya, ABŞ,  Fransa Slovakiya, Çexiya, Türkiyə və İtaliya da yer alır. 

Maraqlıdır, format dəyişikliyi Azərbaycana nə verə bilər? Həmsədr olaraq hansı ölkələrin seçilməsi konstrtuktiv mövqenin sərgilənməsi ilə nəticələnər?  
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Məmmədov Minsk qrupunda format dəyişikliyinin ola biləcəyini deyib. Millət vəkili həmsədrlərin neytral dövlətlərdən seçilməsinin daha düzgün olduğunu bildirib:

"ATƏT Fransa, Rusiya kimi ermənipərəst dövlətlərdən ibarət deyil. Onların vasitəçiliyinə 44 günlük müharibədə ehtiyac qalmadı. Onların işi daha çox işğalın uzadılmasına xidmət edirdi. Bu qrupun əvvəlki formatı qəbuledilməzdir. Minsk qrupunun başqa ölkələrdən ibarət həmsədrlərdən təşkili mümkündür. Prezident də nitqində həmin ölkələrin hansı işləri görməsi ilə bağlı suallar ünvanlayıb. Hansısa problemin həlli üçün  neytral və ədalətli  mövqe sərgiləyən dövlətlərin formatda cəmlənməsi ağılabatandır.  Lakin indi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, separatizmin təmizlənməsi üçün ən optimal variant iki dövlət başçısının təkbətək danışmasıdır”. 

Deputat Cənubi Qafqazda münaqişənin davam etməsinin Rusiya və Qərb ölkələri üçün faydalı olduğunu diqqətə çatdırıb:

"Problemli məsələlərin həlli üçün müdaxilə edən dördüncü, beşinci dövlətlər hadisələrə öz maraqları daxilində baxmağa çalışırlar. Bu gün nə Rusiya, nə də Qərb ölkələri Cənubi Qafqazda münaqişənin sonlanmasında maraqlıdırlar. Onlar müəyyən yollarla problemi qüvvədə saxlamağa çalışır, bununla bölgədə təsir rıçaqlarını qoruyurlar. Artıq sülh müqaviləsi imzalandıqdan sonra onlara gərək qalmayacaq”. 
 
Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq - ŞƏRH

Qarabağın işğaldan azad olunduğu gündən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə bu regionda təmir-bərpa işlərinə start verilib. Hər il bu regionun bərpa...

"5-ci kolon hələ də fəaliyyətdədir"

Cəmil Həsənli bu günlərdə mənim “Qafqazinfo” saytında dərc olunmuş yazıma münasibət bildirib.  Münasibətindən aydın olur ki, yazdıqlarımı başa ...

Lavrov: "Moskva və Bakı təyyarə qəzası məsələsini həll edə bilər"

"Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının dekodlanması mediada verilən b...

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.   Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü icl...

“TikTok” Elon Maska satılacaq? - Şirkətdən AÇIQLAMA

Məşhur sosial media platforması olan “TikTok”un ABŞ-dəki əməliyyatlarının dünyanın ən varlı adamı olan Elon Maska satıla biləcəyi ilə bağlı yayılan ...

Vanqa və Nostradamusun 2025-ci illə bağlı PROQNOZLARI

2025-ci il yeni başlasa da, fəlakətlərdən başı açılmır desək, yanılmarıq. Maraqlısı odur ki, bununla bağlı müxtəlif zamanlarda öncəgörənlər proqnozlar verib. Xü...