Böyük Britaniyanın sanksiyası Fərhad Əhmədova təsir edəcəkmi?

Media
12:00 / 15.04.2022
1493
Böyük Britaniyanın rusiyalı biznesmenlərə qarşı tətbiq etdiyi sanksiya siyahısına Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun adının salındığı barədə məlumat yayılıb.
Sfera.az bildirir ki, Britaniya hökumətinin iş adamlarına qarşı sanksiya siyasəti ümumi xarakterlidir və burada əsas məqsəd rusiyalı biznesmenlərin ölkədəki fəaliyyətini dayandırmaq, buradakı aktivlərdən istifadəni məhdudlaşdırmaq, həmçinin investisiya qoyuluşunun qarşısını almaqdır.
Böyük Britaniyanın F.Əhmədovun da adını sanksiya siyahısına əlavə etməsinin iş adamına ciddi zərəri olmayacaq. Çünki F.Əhmədovun bu ölkədə böyük aktivləri yoxdur, o, Britaniyada bahalı əmlaka sahib deyil.
İş adamı uzun müddət Britaniyada əmlakın bölüşdürülməsi ilə bağlı məhkəmə çəkişmələrinin iştirakçısı olub. Britaniyada özünə qarşı daim təhlükə gözlədiyindən kapitalını, vəsaitini tədricən Britaniyadan çıxarıb.
Hazırda F.Əhmədovun MDB ölkələrindən kənarda yerləşən kapitalının böyük hissəsi Birləşmiş Ərəb Əmirliyindədir (BƏƏ). Artıq bir neçə ildir ki, Əhmədov investisiyasını BƏƏ-yə və digər daha təhlükəsiz bazarlara yönəldib.
Buna görə də Britaniya hökumətinin sanksiyalarının F.Əhmədova təsiri olmayacaq.
Vasif
Sfera.az