Böyük kriptovalyuta soyğununda Kim Çen İn izi - Ballistik raketlər üçün pulu belə tapırmış…

Böyük kriptovalyuta soyğununda Kim Çen İn izi - Ballistik raketlər üçün pulu belə tapırmış…
Şimali Koreyanın dəstəklədiyi hakerlər məşhur video oyunu "Axie Infinity” ilə əlaqəli olan Ronin şəbəkəsindən keçən ay yüz milyonlarla dollarlıq kriptovalyuta oğurlayıb. 
 
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Amerika Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, hakerlərin istifadə etdiyi "Crypto Money” hesabının Şimali Koreyanın "Lazarus” və "APT38” haker qrupları tərəfindən idarə edildiyi müəyyən edilib.

Bu hadisə dünyada ikinci ən böyük kriptovalyuta soyğunu olaraq qeyd edilib.

ABŞ ordusunun keçən il açıqladığı hesabatda, ölkənin "Büro 121" adlı kiber müharibə birliyində 6 min adamın çalışdığı bildirilib.

ABŞ BMT Təhlükəsizlik Şurasının ilk növbədə "Lazarus” Qrupunu qara siyahıya salmasını və üzvlərinin aktivlərini dondurmasını istəyib. Bildirilir ki, artıq bununla bağlı qərar Şuraya təqdim olunub.

Qeyd edək ki, nüvə proqramına görə Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyasına məruz qalan Şimali Koreyanın uzun müddətdir kriptovalyuta birjalarını və saytlarını hədəf aldığı məlumdur. BMT-nin məlumatına əsasən, ölkənin "kripto oğurluqları” həm də nüvə və ballistik raket proqramları üçün əsas gəlir mənbəyidir. 

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...